Bu serialda sürprizlər bitmir. Əli İhsanın övlad arzusu həm İffəti, həm də Cəmili çaş-baş salır.
Cəmil anasını sağaltmaq üçün hər şeyi etsə də, həyatının ən böyük kədəri ilə üzləşməkdən qaça bilmir. Nil onu bir an da olsun, tək buraxmır. İffət isə istəsə də, onun yanında ola bilmir. Çünki İffətin həyatında sular durulmaq bilmir.
Yaşadıqları problemlərə rəğmən, Əli İhsan İffətə olan sevgisini və ailəsinə olan inancını sübut etmək üçün övlad sahibi olmaq istəyini bildirir. O andan etibarən İffət üçün hər şey getdikcə daha da çətinləşir. O, Əli İhsanla evliliyini davam etdirmək istəyirsə, etməli olduqları aydındır. Amma İffətin əngəl ola bilmədiyi hissləri onu özü də bilmədən Cəmilə doğru itələyir. Cəmil və İffət yan-yana gələndə isə Cəmil gözlənilməz şəkildə onu özündən uzaqlaşdırır. Çünki Əli İhsanla dünyaya övlad gətirməyə qərar verdiklərini öyrənir. Cəmil bunu qəbul edə bilmir. Hər şey növbəti dəfə alt-üst olur.
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Tarix: 2011-11-28 16:14:49
İzlənilmə sayı: 97647
Şərhlər: 14 Şərh var