İstehsalçı ölkə: ABŞ
Filmdə iştrak edirlər: Steve Carell, Ryan Gosling, Julianne Moore, Emma Stone, anal Tipton, John Bobo, Joey King, Marisa Tomei, Beth Littleford, John Carroll Lynch
Rejissorlar: Glenn Fikarra, John River
Ssenar müəllifi: Dan Fogelman
Filmin şüarı: "Bu dəlilikdir!"
Prodüsserlər: Steve Carell, Denis Di Novi, Erin Brown
Operator: Andrew Dunn
Bəstəkarlar: Christophe Beck, Nick Urata
Filmin büdcəsi: 50.000.000$
Dünya premyerası: 28 iyul
Azərbaycan premyerası: 22 sentyabr
Müddət: 118 dəq.
Yaş həddi: 14+
Yaşı 40-ı aşan puritan baxışlı Kol Uiverin həyatı sanki nağıla bənzəyir – onun maraqlı işi, gözəl evi, övladları var, həyat yoldaşı isə məktəb sevgilisidir. Lakin bir gün Kol biləndə ki, arvadı ona xəyanət edib və indi boşanmaq istəyir, onun ideal həyatı alt-üst olur. Bundan da betəri odur ki, bütün bu illər boyu görüşə getməyən Kol bu sahədə təcrübəsini itirib.
Bax beləcə bütün boş vaxtını pis ovqatda barda keçirən Kol oyunçu Ceykob Palmerin protejesinə çevirilir. Kola kömək etməyə çalışaraq Ceykob Kolun qarşısında açılan bir çox imkanlara Kolun gözlərini açır: nazlı-qəmzəli xanımlar, tünd içkilər və ucuz bərbərxanalarda və endirimli dükanlarda tapmaq mümkün olmayan dəb zövqü.
Kol və Emili sevgi axtarışına çıxan yeganə adamlar deyil: Kolun on üç yaşlı oğlu Robbi özünün on yeddi yaşlı dayəsi Cessikaya aşiq olub, Cessika isə öz növbəsində Robbinin atasına qarşı olan hisslərini gizlədir. Yeni görünüş və sevgi sahəsində fəthlərə baxmayaraq Kol yalnız bir şeyin - onu hər şeyin başlandığı yerə aparan qəlbinin öhdəsindən gələ bilmir...
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Tarix: 2011-11-28 16:14:49
İzlənilmə sayı: 95673
Şərhlər: 14 Şərh var